Bakı. Trend:
Ailə TV rəqəmsal yayıma keçid və rəqəmsal yayımdan daha keyfiyyətli istifadəni təşviq etmək məqsədilə ExpressPay ödəmə xidməti ilə birgə abunəçilərə xüsusi güzəştli şərtlər təklif edir.
"Caspian Telecom"un mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ExpressPay ödəniş terminalları vasitəsilə Ailə TV – Kabel TV ödənişləri edən rəqəmsal yayım abunəçiləri əlavə 72 kanaldan ibarət olan Ailə+ paketini (5 azn deyil) pulsuz izləyə biləcəklər.
*Hədiyyə Ailə+ paketinin aktiv olunması üçün abunəçi real tarifi üzrə minimum 1 aylıq baza paketinin ödənişini birbaşa ödəməlidir; Əsas paketi aktiv olduğu dövr ərzində hədiyyə Ailə+ paketi də aktiv olacaq.
Kampaniya 31.08.2018 tarixinədək keçərlidir.