...

Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb

Telekommunikasiya Materials 4 Avqust 2020 08:24 (UTC +04:00)
Ariane 5 raketinin buraxılışı avqustun 14-nə planlaşdırılıb

Bakı. Trend:

"Arianespace Corporation" avqustun 14-də "Ariane 5" raketinin Kuru kosmodromundan iki dəfə təxirə salınan uçuşunu həyata keçirmək barədə qərar qəbul etdi.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda deyilir.

"Son montaj sexindəki əməliyyatların gedişi bizə "Ariane" raketinin buraxılışıni 14 Avqustda təyin olunmasına imkan verir", - xəbərdə deyilir.

Şirkət qeyd edir ki, müəyyən şərtlərdə uçuş bir gün əvvəl həyata keçirilə bilər.

Əvvəlcə buraxılış iyulun 28-ə təyin olunub, lakin əlavə texniki yoxlanışa ehtiyac olduğundan 31 iyul tarixinə təxirə salınıb. 31 İyulda "Ariane 5" yenidən raket start proqramından nasazlığa görə çıxarılıb.

Raket Yaponiyanın BSAT-4b və beynəlxalq operator "Intelsat" üçün Galaxy 30 peyklərini orbitə çıxaracaq. Onlar birbaşa yüksək keyfiyyətli radio və televiziya yayımı üçün istifadə ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti