...

GSMA kibertəhlükəsizliyin təmin olunması üçün NESAS proqramı hazırlayıb

Telekommunikasiya Materials 17 May 2023 15:56 (UTC +04:00)
GSMA kibertəhlükəsizliyin təmin olunması üçün NESAS proqramı hazırlayıb
Əsmər Bayramova
Əsmər Bayramova
Bütün xəbərlər

Bakı. Trend:

GSMA kibertəhlükəsizliyin təmin olunması üçün NESAS proqramı hazırlayıb.

Trend çərşənbə günü xəbər verir ki, bunu GSMA-nın strateji əlaqələr üzrə direktoru Tahir İsmayılov Bakıda keçirilən "GSMA Mobile 360 Eurasia 2023" mövzusunda tədbirdə deyib.

"Biz xüsusi NESAS proqramını işləyib hazırlamışıq. Proqram təchizatçıların təhlükəsizliyini, laboratoriyaların təhlükəsizlik üzrə ISO/IEC 17025 standartına uyğun olaraq akkreditasiya olunmasını, məhsulun qiymətləndirilməsini təmin edir", - o deyib.

Onun sözlərinə görə, proqram dünyada getdikcə daha çox populyarlıq qazanmaqdadır.

T.İsmayılov, həmçinin GSMA-nın fəaliyyətinin mühüm sahələri, o cümlədən irimiqyaslı konqreslərin təşkili və standartların hazırlanması sahəsində fəaliyyət barədə danışıb.

"Bir sıra zəif məqamlar var ki, cinayətkarlar bundan istifadə edə bilərlər. Mobil operatorlar bir-biri ilə qabaqcıl praktikanı bölüşürlər, etibarlı mühitdə qarşılıqlı fəaliyyət göstərmək və yaranan problemlər barəsində fikir mübadiləsi aparmaq üçün birgə çalışırlar", - o deyib.

O, GSMA-nın əsas prioritetləri arasında qurğuların təhlükəsizliyi üzrə fəaliyyəti qeyd edib.

"Hər bir nömrənin öz məlumatları var. Bizim bu məlumatlardan qanuni istifadəni izləyən məlumat bazamız var və 5G təhlükəsizliyini təmin edir", - Tahir İsmayılov deyib.

Bundan başqa, o GSMA-nın bir sıra təşəbbüsləri barədə danışıb. Bunların arasında əməliyyat təhlükəsizliyi, 5G kibertəhlükəsizliyi, proqram təminatı, bulud texnologiyaları və virtualizasiya, əşyaların interneti (IoT), təchizat zəncirini əks etdirən telekommunikasiyaların hərtərəfli landşaftının nəşri də yer alıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti