...

Azərbaycanda "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) layihəsi hazırlanır

Telekommunikasiya Materials 26 Yanvar 2024 11:14 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən Azərbaycanda "Ağıllı Sənaye Hazırlığı İndeksi" (SIRI) layihəsi hazırlanır.

Trend xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov 2023-cü ilin fəaliyyət yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"SIRI qiymətləndirməsi rəqəmsal hazırlığın ölçülməsi və Azərbaycanın sənaye sektorunun rəqəmsallaşmasının sürətləndirilməsi üçün tətbiq edilməyə başlanıb", - o deyib.

Qeyd edək ki, "Ağıllı Sənaye Hazırlığı İndeksi" Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən aparıcı texnologiya, konsaltinq şirkətləri, eləcə də sahə üzrə və elmi ekspertlərin tərəfdaşlığı ilə hazırlanıb. "SIRI" qiymətləndirmə metod qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədi daşıyır.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti