...

TEXNOPARKLARIN YARADILMASI ÜZRƏ MƏSƏLƏLƏRİN MÜZAKİRƏSİ ÜÇÜN NÖVBƏTİ DƏYİRMİ MASA KEÇİRİLİB

Telekommunikasiya Materials 21 İyun 2005 16:30 (UTC +04:00)

İyunun 21-də Rabitə və informasiya texnologiyaları Nazirliyində Azərbaycanda texnoparkların yaradılması məsələlərinin müzakirə edilməsi üçün dəyirmi masa keçirilib. Tədbirdə informasiya kommunikasiya texnologiyaları şöbəsinin müdiri Əflatun Məmmədov, nizamlayıcı şöbənin müdiri İltimas Məmmədov, nazirin WSISməsələlri üzrə müşaviri Elçin Əliyev, həmçininşəxsi İKT şirkətlərinin və Azərbaycanda fəaliyyət göstərən maliyyə strukturlarının nümayəndələri iştirak edib.

Rabitə Nazirliyinin strateji planlaşdırma və elmi potensial bölməsinin rəisi Rüfət Gülməmmədov dünyanın müxtəlif ölkələrində texnoparklarına yaradılması tarixi, onların yaradılmasının məqsədi, funksiyaları və s. barədə məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda texnoparkların yaradılması və inkişafı səhmdarları cəlb edəcək. Bu da öz növbəsindəölkədə sahibkarlığın inkişafına müsbət təsir göstərəcək, beynəlxalq təşkilatların diqqətini təkcə İKT sahəsində deyil, digər sahələrə də cəlb edəcək.

"Azərbaycanın coğrafi mövqeyi bu tədbirin həyata keçirilməsilə ölkə biznesininkişafı üçün tamamilə sərfəli tərəfdaş olacaq", -deyəR.Gülməmmədov qeyd edib.

Çıxışlarda həmçinin ölkə prezidentinin fərmanı ilə Azərbaycanda 2010-cu ilə qədər 4 texnoparkın yaradılması və bunun nəticəsində çoxlu iş yerlərinin açılmasının planlaşdırıldığı göstərilib.

Xəbər lenti

Xəbər lenti