Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Şəkidə CDMA (Code Division Multiples Access) texnologiyasını tətbiq edib. Bu barədə Trend nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir.
Şəhərdə 1 min nömrə tutumlu CDMA stansiyası istismara verilib ki, bu da Şəki və ətraf kəndlərin əhalisinə bu xidmətdən istifadə etməyə imkan verir.
Bu gün Rabitə Nazirliyinin müəssisələri - Aztelekom İstehsalat Birliyi və BTRİB ölkə əhalisinin təxminən 45%-ni əhatə edir. Bu gün yalnız Aztelekom üzrə onların sayı 1,6 min nəfərdən çoxdur.
Müəssisə Sumqayıt, Gəncə, Abşeron, Şamaxı, Şəmkir, Mingəçevir, Quba, Xaçmaz, Lənkəran, Masallı, İmişli və Zaqatalada CDMA xidmətləri göstərir.
BTRİB üzrə abunəçilərin sayı 4,4 min nəfərdən çox təşkil edir. 2006-cı ildə İB şəbəkəsi üzrə 2005-ci ildə quraşdırılmış 5 min nömrəli stansiyaların 89% tutumu istismara verilib. Bundan başqa, şəbəkənin əhatə dairəsinin genişləndirilməsi məqsədilə və nömrə tutumunu 10 min artırmaq üçün 9 baza stansiyası quraşdırılıb və istismara verilib. Beləliklə, CDMA baza stansiyalarının sayı 14-ə çatıb.
CDMA (Code Division Multiple Access - kod bölməsi ilə çoxsaylı çıxış sistemi) - CSM-dən sonra hazırlanmış rəqəmli simsiz texnologiyadır. CDMA nitqi rəqəmli informasiyaya konvertasiya edir və sonra simsiz şəbəkə üzrə radiosiqnal kimi ötürülür. İlk dəfə 1995-ci ildə kommersiya məhsulu qismində təqdim olunmuş CDMA dünyada ən sürətlə yayılan simsiz texnologiyalardan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasiya İttifaqı (International Telecommunications Union) CDMA texnologiyasını "üçüncü nəsil" (3G) yeni simsiz sistemlər üçün sənaye standartı qismində seçib.