...

Azərbaycan və ABŞ informasiya texnologiyaları sahəsində birgə kadrlar hazırlayacaq

Telekommunikasiya Materials 1 Mart 2007 14:36 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend . S.Babayeva/ Azərbaycanın Rabitə Nazirliyi və amerikanın San-Xose Universiteti arasında kadr hazırlığı və elmi tədqiqat işlərinin aparılması məqsədilə saziş imzalanıb. Nazirlikdən verilən məlumata görə saziş rabitə naziri Əli Abbasovun ABŞ-a səfəri çərçivəsində imzalanıb.

Santa-Karloda keçirilən BMT-nin informasiya texnologiyaları və inkişaf üzrə strateji məclisinin toplantısında iştirak edən Əli Abbasov Azərbaycanda informasiya texnologiyalarının hazırkı vəziyyəti və və aparılan islahatlarla bağlı məruzə ilə çıxış edib.

Səfər zamanı informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Intel və Cisco kimi iri şirkətlərin rəhbərləri ilə görüşlər keçirilib. Berkli Universitetində nəzərdə tutlan görüşlərdə isə birgə layihələrin həyata keçirilməsinin mümkünlüyü müzakirə ediləcək.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin səfəri martın 4-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti