...

Aztelekom Şamaxıda NGN texnologiyasının tətbiqi üzrə tenderin ikinci lotunun keçirilməsindən imtina edib

Telekommunikasiya Materials 10 Aprel 2007 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) Aztelekom İstehsalat Birliyi (İB) Şamaxı şəhərinin mərkəzi və kənd yaşayış məntəqələrində Next Generation Network (NGN) şəbəkəsinin tətbiq olunması üçün pilot layihə üzrə tenderin ikinci lotunun keçirilməsindən imtina edib. Bu barədə İB-dən məlumat veriblər.

Tenderin ikinci lotunda daxili şəbəkə xətlərinin tikintisi nəzərdə tutulurdu. İkinci lotdan imtinanın səbəbi isə iştirakçı ərizələrinin olmamasıdır.

Layihə Şamaxıda rabitənin yenidən qurulması və NGN texnologiyasının tətbiq olunmasını əhatə edir. Müvafiq tenderin qalibi daha öncə "Iskratel" şirkəti olub.

Şamaxıdakı yeni şəbəkənin ümumi tutumu 16976 portdur, rayonun 23 kənd və mərkəzi ATS-ləri əhatə edir.

Şamaxıdakı şəbəkənin quraşdırılmasından sonra RİTN analoji şəbəkələri Abşeron yarımadası, Sumqayıt və Gəncədə də quraşdırmaq niyyətindədir.

Bakıda ilk dəfə bu texnologiya Bakcell abonentlərinə "Çinin Huawei" təşkilatından alınmış avadanlıq hesabına təqdim edilib.

NGN özündə kommukasiya paketindən istifadə etməklə danışıq, rəsm və məlumatların ötürülməsini nəzərdə tutan çoxməqsədli universal şəbəkəni birləşdirir. NGN şəbəkəsi müxtəlif növ telekommunikasiya avadanlığı üçün lazım olan keyfiyyətli xidməti təmin edir.

Xəbər lenti

Xəbər lenti