...

Azərbaycan elektron rabitə üzrə RRB toplantısında iştirak edəcək

Telekommunikasiya Materials 21 Aprel 2007 13:22 (UTC +04:00)

Azərbayacan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan elektron rabitə üzrə Rabitə sahəsində Regional Birliyin (RRB) toplantısında iştirak edəcək. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, RRB-nin elektron rabitə operatorlarının Şurası və RRB-nin elektron rabitə üzrə Komissiyasının birgə keçiriləcək toplantısında Aztelekom İB-nin baş mütəxəssisi Məzahir Quliyev iştirak edəcək.

3-4 may tarixlərində keçiriləcək iclasın gündəliyinə RRB-nin elektron rabitə operatorlarının Şurasına yeni üzvlərin qəbul olunması, RRB-nin elektron rabitə üzrə Komissiyasının sədrinin seçilməsi, RRB operatorları arasında qarşılıqlı fəaliyyət üçün kommersiya və texniki şərtlərin optimallaşdırılması, beynəlxalq rabitə xidməti şəbəkəsinin yaradılması üzrə məsələlər daxildir.

Həmçinin RRB üzvü olan ölkələrdə NGN şəbəkələrinin quraşdırılma layihələrinin həyata keçirilməsi, MDB daxilində rabitə sahəsində göstərilmiş xidmətlərə görə RRB-nin elektron rabitə operatorlarının qarşılıqlı hesablaşmaları müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti