...

"Baktelekom" " 7" indeksilə olan köhnə ATS-lərin yenidənqurulmasına başlayır

Telekommunikasiya Materials 17 May 2007 18:12 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycan Rabitə və Informasiya Texnologiyaları Nazirliyinin "Baktelekom" İstehsalat Birliyi Next Generation Network (NGN) texnologiyaları əsasında 471/472/473, 474/475/476 və 423 indeksli analoqlu köhnə ATS-lərin yenidənqurulması ilə bağlı tenderin nəticələrini müəyyənləşdirib.

Bu barədə cümə axşamı İB-nin baş direktoru Beytulla Hüseynov bildiridib.

Onun sözlərinə görə, Tenderin qalibi yerli şirkət Komplus olub və həmin şirkətlə müqavilə imzalanınb. Tenderdə iştirak üçün qaliblə yanaşı Ericsson, Huawei və Sinam şirkətləri də müraciət etmişdilər.

İşlər iki ay müddətində yerinə yetirilməlidir. Telefon nömrələrinin ümumi tutumu 90 min təşkil edir. Bu stansiyalar NGN (Next Generation Net) texnologiyalı stansiyalara dəyişdiriləcək.

Hüseynovun sözlərinə görə, paralel olaraq 494/495, 438/39, stansiyalarının yenidən qurulması barədə iyunda tender elan olunması planlaşdırılır. Stansiyalardan hər birinin tutumu 20 min nömrə təşkil edir.

Müəssisə rəhbəri bildirib ki, bu gün Bakıda telefon rabitəsinin elektronlaşdırılması 85 faiz təşkil edir. Hər 100 nəfərə düşən telefon aparatlarının sayı 39 ədəd təşkil edir.

Nazirlik 2008-ci ilə qədər "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində ölkənin bütün telefon rabitəsini elektronlaşdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti