...

Azərbaycanın lizinq şirkəti sığortaçı axtarır

Tender müsabiqələri Materials 29 Mart 2012 19:47 (UTC +04:00)
Azərbaycanın dövlət lizinq şirkəti "Aqrolizinq" tender elan edib.
Azərbaycanın lizinq şirkəti sığortaçı axtarır

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir A.Axundov/

Azərbaycanın dövlət lizinq şirkəti "Aqrolizinq" tender elan edib.

Tenderin lotlarından biri şirkətə məxsus kənd təsərrüfatı texnikalarının, texnoloji avadanlıqların, maşın-mexanizmlərin və mineral gübrələrin sığortası üzrə xidmətlərin satın alınmasını nəzərdə tutur. Trend-in məlumatına görə, bu barədə cümə axşamı tender komissiyasının yaydığı məlumatda deyilir.

Qalan 4 lot soyuducu kameraları və heyvandarlıq kompleksi üçün avadanlıqların alınmasını nəzərdə tutur.

Tenderdə iştirak 300-800 manat arasında dəyişir.

Tender təklifləri şirkətə 2012-ci il 14 may saat 17:00-dək təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti