...

BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb

Tender müsabiqələri Materials 30 Noyabr 2020 16:03 (UTC +04:00)
BNA 3,5 milyon manatlıq müqavilə imzalayıb

Bakı. Zeyni Cəfərov - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) və ARIS MMC arasında 3,498 milyon manat məbləğində müqavilə imzalanıb.

Trend bu barədə “Elektron satınalmalar” portalına istinadən məlumat verir.

Məlumata əsasən, Bakı Nəqliyyat Agentliyinin elan etdiyi marşrut xətlərinin planlaşdırılması və ictimai nəqliyyat cədvəlinin idarə olunması üçün proqram təminatının satın alınması, eləcə də bununla bağlı mal, iş və xidmətlərin satın alınması üzrə tenderin qalibi müəyyən edilib:

“Tender komissiyasının qərarı ilə ARIS MMC qalib elan edilib. Şirkətlə 3,5 milyon manata yaxın müqavilə imzalanıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti