Bakı. Trend:
Ağcabədi rayonunda subartezian quyuları əsaslı təmir olunacaq.
Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
Belə ki, rayonda 32 ədəd subartezian quyusunun əsaslı təmiri işləri aparılacaq.
Məlumata görə, artıq bununla bağlı Ağcabədi Suvarma Sistemləri İdarəsi hazırlıqlara başlayıb.
İdarə 20 subartezian quyusunun əsaslı təmir işlərini Azərtrans MMC-yə, digər 12-ni isə İqbal-R MMC-yə həvalə edib və müqavilələr bağlayıb. Müqaviləyə əsasən, sözügedən işlərin icrası işləri müqabilində adı birinci qeyd olunan şirkətə 700 min manat, ikincisinə isə 420 min manat ödəniləcək.
Beləliklə, 32 ədəd subartezian quyusunun əsaslı təmiri Ağcabədi Suvarma Sistemləri İdarəsinə 1 milyon 120 min manata başa gələcək.