Azərbaycan, Bakı, 19 iyul / Trend müxbir K.Zərbalıyeva/
Bu gün səhər saatlarında Dövlət Sərhəd Xidmətinin Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindəki yerləşən hərbi hissəsinin bazasında yanğın baş verib.
Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, yanğın hərbi bazanın silah-sursat anbarında baş verib.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və helikopterləri cəlb olunub.
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından isə Trend-ə bildiriblər ki, yanğın zamanı 3 FHN əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Onlardan ikisi travma, biri isə tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Kliniki Tibbi Mərkəzdən Trend-ə deyiblər ki, xəztəxanaya iki nəfər gətilrilib. Onlar 1973-cü il təvəllüdlü Valid Əfəndiyev və 1987-ci təvvəllüdlü Rauf Hüseynovdur. Onlardan biri hazırda cərrahiyyə əməliyyatı olunur. Digərinin isə çənə nahiyəsi sınıb.