...

Malena Mard: Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri arasında əlaqələrin qurulmasına dəstək verir

Nəzər nöqtəsi Materials 15 Dekabr 2016 12:31 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan siyasi ekspertləri və hüquq müdafiəçiləri tərəfindən yaradılan Ermənistan-Azərbaycan sülh platforması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli ilə bağlı müxtəlif qruplar arasında əlaqələrin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir.

Bunu Trend-ə Avropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

M.Mard bildirib ki, Aİ Azərbaycan ilə Ermənistanın vətəndaş cəmiyyətləri və müxtəlif insan qrupları arasında əlaqələrin qurulmasına dəstək verir:

“Bizim Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində Avropa tərəfdaşlığımız var və bu bizə imkan verir ki, Azərbaycan ilə Ermənistan arasında bu cür əlaqələrin qurulmasına dəstək verək. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müxtəlif qruplar arasında dialoqun inkişaf etdirilməsi üçün Azərbaycanın da Bakı platforması kimi müxtəlif formatlar yaratması vacib əhəmiyyət kəsb edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti