...

Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqların fəallaşdırılması məqsədi ilə ATƏT-dən əməli addımlar gözləyir

Nəzər nöqtəsi Materials 10 Noyabr 2017 01:31 (UTC +04:00)
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına məqsədi ilə əməli addımların atılmasını gözləyir.
Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqların fəallaşdırılması məqsədi ilə ATƏT-dən əməli addımlar gözləyir

Bakı. Trend:

Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən Ermənistan-Azərbaycan, Dağlıq qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəallaşmasına məqsədi ilə əməli addımların atılmasını gözləyir.

Trend-in məlumatına görə, bunu ATƏT-in Daimi şurasının 1163-ci iclası zamanı Azərbaycan nümayəndə heyəti bəyan edilb.

Azərbaycan nümayəndə heyəti təsdiqləyib ki, ölkəmiz həmsədrlərin əsas danışıqların fəallaşmasına istiqamətlənmiş, konkret nəticələrin əldə olunmasına yönələn səylərini dəstəkləyir: "Azərbaycan və Ermənistan prezidentlərinin, 2017-ci il oktyabrın 16-də Cenevrədə keçirilən yüksək səviyyədə görüşü düzgün istiqamətdə atılan addımdır. Görüş sübut etdi ki, mövzu danışıqlarının bərpası üçün ön şərtlərin qoyulması cəhdləri uğursuzluğa məhkumdur. Biz ümumilikdə görüşü və onun nəticələrini müsbət qiymətləndiririk ki, bu da birgə bəyanatda öz əksini tapıb. Biz həmsədrlərin danışıqların sürətləndirilməsi məqsədi ilə əməli addımlar atmasını gözləyirik" .

Daha sonra Azərbaycan nümayəndə heyəti bildirib ki, İrəvanın Azərbaycanın işğal olunan ərazilərində demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər aparan qanunsuz praktikası onun işğalçı mahiyyətini, baş vermiş faktın zorla qəbul etdirilməsinə və möhkəmləndirilməsinə yönəlmiş sistemli siyasətini nümayiş etdirir: "Ermənistan tərəfindən atılan bu cür addımlar, o cümlədən təmas xətti boyunca baş verən silahlı təxribatlar sülh səylərinə zərbə vurur və ATƏT-in Minsk qrupu və onun həmsədrləri tərəfindən hərtərəfli müzakirə olunmalıdır".

Azərbaycan nümayəndə heyəti həmçinin ATƏT-ə üzvü olan dövlətləri beynəlxalq humanitar hüquq üzrə öz öhdəliklərini yerinə yetirməyə, harada olmasından asılı olmayaraq onların fiziki və hüquqi şəxslərin ləğvi və digər qeyri-qanuni iqtisadi fəaliyyətlərinin qarşısını almaq məqsədi ilə insan haqlarının əks olunduğu sənədlərə əməl etməyə çağırıb.

Azərbaycan nümayəndə heyəti xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri, ATƏT-in sənədləri və qərarları və Helsinki Yekun aktının prinsipləri münaqişənin həlli üçün əsasdır. Bəyan ediblib ki, əgər Ermənistan münaqişənin siyasi həllinin tapılmasında səmimi olaraq maraqlıdırsa, onda gərək bu dəqiq müddəalar əsasında münaqişənin həlli prosesində konstruktiv iştirak etsin.

Nümayəndə heyəti qeyd edib ki, münaqişənin mərhələli nizamlanması yanaşmasının alternativi yoxdur və sülhə nail olmaq üçün ən yaxşı şans olaraq qalır. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrinin aradan qaldırılması üçün yaradılıb ki, bu da BMT Təhlükəsizlik Şurasının qətnamələrində müəyyənləşdirilib - xüsusən, ilk olaraq erməni silahlı qüvvələrinin işğal edilən ərazilərdən çıxarılması nəzərdə tutulur, qalan siyasi məsələlər gələcəkdə Minsk konfransında müzakirələr üçün saxlanılır. Bu yanaşma əsas istiqamətdir və hazırda danışıqlar masası üzərində olan təkliflərin əsasıni təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti