...

Deputat: İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib

Nəzər nöqtəsi Materials 21 May 2019 12:54 (UTC +04:00)
Son illərdə Azərbaycanda keçirilmiş dərin iqtisadi islahatlar ölkədə əlverişli biznes mühitinin inkişafına xidmət edib
Deputat: İqtisadi islahatlar Azərbaycanda əlverişli biznes mühitinin inkişafına xidmət edib

Bakı. Mətanət Nəsibova - Trend:

Son illərdə Azərbaycanda keçirilmiş dərin iqtisadi islahatlar ölkədə əlverişli biznes mühitinin inkişafına xidmət edib.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Əli Hüseynli deyib.

Deputat biznesin bütün seqmentlərində islahatların davam etməsinin vacibliyini qeyd edib:

“Fikrimcə, biznes, ictimaiyyət və dövlət arasında əlaqələndirici rolu oynayan struktur qismində İctimai şuranın yaradılması həm biznesdə şəffaflığın təmin olunması baxımından, həm də dayanıqlı biznes mühitinin formalaşması üçün doğru qərardır”.

O qeyd edib ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nəzdində İctimai şuranın qarşısında dayanan məqsəd və tapşırıqların reallaşdırılması sahibkarlıq sahəsində müsbət nəticələr verəcək:

“Bu fakt uğurlu dövlət siyasətinin, eləcə də biznes sahəsində köklü islahatların göstəricilərindən biridir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti