...

Deputat: “Qarabağ”ın qələbəsi informasiya müharibəsinə böyük töhfədir

Nəzər nöqtəsi Materials 30 Avqust 2019 16:34 (UTC +04:00)
Azərbaycanın “Qarabağ” komandası Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” komandasına qalib gələrək qrup mərhələsinə yüksəldi.
Deputat: “Qarabağ”ın qələbəsi informasiya müharibəsinə böyük töhfədir

Bakı. Trend:

Azərbaycanın “Qarabağ” komandası Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın “Linfild” komandasına qalib gələrək qrup mərhələsinə yüksəldi. Bu qələbə milyonlarla futbol azarkeşinə, Azərbaycan vətəndaşına sevinc bəxş etdi.

Bunu Trend-ə millət vəkili, AFFA-nın I vitse-prezidenti Rauf Əliyev deyib.

Deputatın sözlərinə görə, “Qarabağ”ın bu qələbəsinin siyasi əhəmiyyəti də böyükdür: "Bu qələbə son vaxtlar Ermənistan rəhbərliyinin Xankəndidə verdiyi sərsəm bəyanatlara tutarlı cavabdır. “Qarabağ”ın bu qələbəsi, Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfədir. “Qarabağ” bütün dünyada Azərbaycanı təmsil edir. Bu qələbə münasibəti ilə “Qarabağ” komandasının üzvlərini, məşqçi heyətini, komandanın rəhbərliyini təbrik edir və növbəti oyunlarda uğurlar arzu edirəm. Eyni zamanda, Azərbaycan ictimayyətini “Qarabağ” komandasına hərtərəfli dəstək göstərməyə çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti