Azərbaycan, Bakı, 27 may /Trend/
Estoniyanın "Eurovision 2012" təmsilçisi Ott Lepland "Bakı Kristal Zalı"nın səhnəsində 11-ci sırada çıxış edib.
Lepland eston dilində "Kuula" mahnısını ifa edib.
"Mənim üçün başlıca vəzifə bu həftə ölkəni ləyaqətlə təmsil etməkdir. Şənbə günü nə qədər uğurla çıxış edəcəyimi söyləyə bilmərəm və gələcək karyeram haqqında da danışa bilmərəm, lakin mən öz musiqimi yaratmaqda davam edəcəyəm", - bir qədər əvvəl iştirakçı deyib.
Ott Lepland 1987-ci il mayın 17-də Tallində doğulub. Kiçik yaşlarından musiqi sahəsindədir. 1995 və 1996-cı illərdə uşaq mahnılarından ibarət 4 musiqi albomu buraxılıb. 10 il piano dərsləri ilə məşğul olub. Hazırda Tallin Musiqi Məktəbində pop və caz ifaçılığı ixtisası üzrə təhsilini davam etdirir. O, 2010-cu ildə Estoniyanın Pop İdol yarışmasının qalibi olduqdan sonra "Ott Lepland" adlı albomunu təqdim edib. Sonuncu musiqi albomu isə 2011-ci ilin dekabrında musiqisevərlərin ixtiyarına verilib.