...

İran prezidenti: İİR nüvə təcrübəsini Səudiyyə Ərəbistanı ilə bölüşməyə hazırdı

Dünya xəbərləri Materials 16 Sentyabr 2007 03:07 (UTC +04:00)

İran İslam Respublikası prezidenti Mahmud Ahmadinejad öz ölkəsinin nüvə təcrübəsini Səudiyyə Ərəbistanı ilə bölüşməyə hazır olduğunu bildirib. Bu haqda məlumatı İSNA yayıb.

İran prezidenti Mahmud Ahmadinejad Səudiyyə Ərəbistanın kralı Abdallah ilə şənbə günü telefon danışığında bildirmişdir ki, İran onun ölkəsi ilə nüvə texnologiyası və təcrübələrini atom energetikası üzrə beynəlxalq agentliyin nəzarəti altında bölüşməyə hazırdı.

O həmçinin təstiqləmişdir ki, İranın sülhsevər nüvə haqları agentlik tərəfindən təstiqlənmişdir. Kral Abdullah da öz cavabında İran liderini müqəddəs Ramazan ayının başlanması ilə təbrik edərək qeyd etmişdir ki, biz heç vaxt xalqın üsyan və qiyam qapılarının açılmasına imkan və şərait yaratmarıq.

Xəbər lenti

Xəbər lenti