Ukrayna, Kiyev / Trend , müxbir Z.Novosvitski/ Polşa prezidenti Lex Kaçinski dekabrın 6-7-də Ukraynaya rəsmi səfər edəcək. Bu barədə Ukrayna prezidentinin mətbuat xidmətindən məlumat verilib. Dekabrın 6-da L.Kaçinski və Ukrayna prezidenti Viktor Yuşenkonun "təkbətək" formatda görüş keçirməsi nəzərdə tutulub. Bu görüşdən sonra isə dövlət başçılarının geniş tərkibdə danışıqları baş tutacaq.Danışıqlar başa çatdıqdan sonra ikitərəfli sənədlərin imzalanma mərasimi keçiriləcək. Bundan əlavə prezidentlərin dekabrın 7-də Odessa vilayətinə getməsi planlaşdırılır. Burada onlar "Cənub" dəniz ticrət limanına baş çəkəcək, həmçinin "Odessa - Brodı" neft kəmərinin birgə istifadəsinin perspektivləri ilə tanış olacaqlar.