...

Mənim prezidentliyimin əsas məqsədi Rusiyanı dünyanın ən yaxşı dövlətinə çevirməkdir – Dmitri Medvedyev

Dünya xəbərləri Materials 7 May 2008 14:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 may / Trend , müxbir A.Qasımova/ "Mən dövlətin stabil inkişafı üçün bütün gücümlə işləyəcəyəm. Rusiyanın dünyanın ən yaxşı dövləti olması üçün bu nadir şansdan istifadə edəcəyəm", - deyə bu gün, Moskvada keçirilən andiçmə mərasimində çıxış edən Rusiyanın yeni prezidenti Dmitri Medvedyev bildirib.

"Mən ölkədə yüksək həyat standartını təmin etmək, əksər əhalinin orta yaşayış səviyyəsinə çatması və təhsil alması üçün hər şeyi edəcəyəm. Biz qabaqcıl istehsalat quracaq, sənaye və kənd təsərrüfatını müasirləşdirəcəyik", - deyə prezident bildirib.

Medvedyev rusiyalıların təhlükəsizliyini təmin etmək üçün səylərini maksimum sərf edəcəyinə söz verib. "Mən vətəndaş təhlükəsizliyinin sadəcə olaraq qanunla sığortalanması üçün deyil, həm də real olaraq dövlət tərəfindən təmin edilməsi üçün hər şeyi edəcəyimə söz verirəm", - deyə RF prezidenti bildirib. "Hazırda mənim vəzifəm - hər gün və hər saat xalqa xidmət etməkdən, insanlarımızın yaxşı həyatı, uğurları və gələcəyə inamları naminə, sevimli vətənimizin, böyük Rusiyamızın çiçəklənməsi və yüksəlişi üçün hər şeyi etməkdən ibarətdir", - deyə Medvedyev bildirib.

Xəbər lenti

Xəbər lenti