...

Rusiyaya qarşı onun "mədəni üzü"nü tamam itirməsinə imkan verməyəcək qadağalar tətbiq edilməlidir - gürcü müxalifətçisi

Dünya xəbərləri Materials 29 Avqust 2008 12:55 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 29 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Rusiyaya qarşı Avropa İttifaqının və ABŞ-ın qadağaları "kifayət qədər ağrılı"olmalıdır. Lakin bu qadağalar Rusiyanın "ümumiyyətlə mədəni üzü"nü itirməsinə gətirib çıxarmamalıdr. Bu barədə jurnalistlərə ABŞ demokrtalarının Denevrdə keçirilən konfransında iştirak edən Gürcüstanın Respublikaçılar Partiyasının lideri David Usupaşvili deyib.

"Rusyaya qarşı qadağaların tətbiq ediməsi Aİ və ABŞ-ın işidir, lakin biz o faktı da nəzərə almalıyıq ki, bu qadağalar Rusiyanı mədəni dünyadan təcrid etməməlidir. Belə ki, bu halda dünyadakı vəziyyətin daha da gərginləşəcəyini gözləlmək olar ki, bu da heç kəsə sərf etmir", - o hesab edir.

Usupaşvili Avropanın Gürcüstana dəstəyini təmin etmək üçün gürcü hakimiyyətini Avropa İttifaqı ilə işi gücləndirməyə çağırıb.  

Avqustun 8-nə keçən gecə tanınmamış Cənubi Osetiya Respublikasında irimiqyaslı hərbi əməliyyatlar başlayıb. Gürcü qoşunları Tsxinvaliyə daxil olub. Sonradan rus qoşunları Tsxinvalini tutub və gürcü hərbçilərini Gürcüstan ərazisinə sıxışdırıblar.

Avqustun 12-də RF prezidenti Dmitri Medvedyev bildirib ki, "Gürcüstanı sülhə məcburetmə əməliyyatı"nın dayandırılması barədə qərar qəbul edib.

Gürcüstan ərazisində Rusiya sülhməramlılarının və beynəlxalq müşahidəçilərin saxlanılması haqqında qərar qəbul edilib. 

Xəbər lenti

Xəbər lenti