Ukrayna, Kiyev, 10 oktyabr/ Trend müxbir Z.Novosvitski/ Yuliya Timoşenko Bloku (YTB) fraksiyası cümə günü keçiriləcək iclasda Ukrayan dövlətinin başçısı Vitkor Yuşşenkonun impiçmenti elan edilmədən, Ali Radaya seçkilərin və prezident seçkilərinin eyni vaxtda keçirilməsinin mümükünlüyü məsələsinə baxacaq.
UNİAN -ın verdiyi xəbərə görə, bu barədə YTB fraksiyasının lideri İvan Kirilenko cümə günü jurnalistlərə xəbər verib.
Biz eyni vaxtda həm parlament, həm də prezident seçkilərinin keçirilməsi üçün nə etməyin lazım olduğu məsələsini müzakirə edəcəyikї, - Kirilenko bildirib.
O qeyd edib ki, bunun üçün hazırki prezidentin impiçmentini keçirmək lazım deyil, sadəcə, Ali Radaya növbədənkənar seçkilərin keçiriləcəyi tarixi prezident seçkilərinin keçiriləcəyi tarixədək їuzatmaqї lazımdır.
їİmpiçment nə üçündür? Parlament seçkilərini prezident seçkilərinədək uzatmaq ї vəssalamї, - Kirilenko bəyan edib.
O, həmçinin, vurğulayıb ki, Baş nazir Yuliya Timoşenko öz vəzifəsindən getmək niyyətində deyil və hazırki vəziyyətdə belə addım, sadəcə, їmənasız və məsuliyyətsizї olardı.