...

Liviya yeni Konstitusiya layihəsini nəzərdən keçirir

Dünya xəbərləri Materials 13 Dekabr 2008 13:37 (UTC +04:00)

Liviya Dövlət Komissiyası 1969-cu ildə Müəmmər Qəddafinin başçılığı altında monarxiya rejiminin devrilməsinədək ölkədə fəaliyyət göstərən Konstitusiyanı nəzərdən keçirməyə başlayıb.

Milli Komissiyanın sədri Səid Abdul Rahman Əbu-Tutanın "Frans press" agentliyinə verdiyi məlumata görə, layihə nəzərdən keçirilməsi üçün Milli Şuraya təqdim olunub. Onun sözlərinə görə, komitə yeni milli xartiyanın təşkili üçün bir sıra təkliflər hazırlayan ekspertlərdən ibarət qrup formalaşdırıb. O, həmçinin əlavə edib ki, komissiya köhnə milli xartiyanı yenidən nəzərdən keçirəcək.

Milli sənədin təkrar nəzərdən keçirilməsi layihəsi üç il bundan öncə, Liviya lideri Qəddafinin kiçik oğlu Seyf İslamın müşahidəsi altında başlayıb.

Əbu-Tutanın sözlərinə görə, komissiya gələn həftə sənədin nəzərdən keçirilmə proqramını müəyyən edəcək ilk toplatını keçirəcək. O qeyd edib ki, komissiyanın sənəd üzərində işi "Yaşıl kitab" və Qəddafi tərəfindən tərtib edilən insan haqları üzrə xüsusi kitabda təqdim olunan ölkənin əsas qanunlarından fərqlənmir.

Liviya Dövlət Komissiyasının rəhbəri hesab edir ki, bu milli pakt ölkənin əsas qanunlarını, Liviya qanunvericiliyi üçün mübahisəli qalan və onlarsız bu dövlətin mövcudluğu qeyri-mümkün olan 20 qanunun bir sənəddə birləşdirilməsinə və foromalaşdırılmasına imkan verəcək.

Hələ 2006-cı ilin avqustunda Seyf İslam Liviyanın Sirt şəhərində keçirilən gənclər forumunda çıxış edərək Liviya üçün Konstitusiyanın vacibliyini qeyd edib.

Liviyanın ilk Konstitusiyası 1951-ci ildə hakim Sinusit sülaləsi tərəfindən qəbul olunub və BMT tərəfindən təqdir edilib.

Lakin 1969-cu ildə polkovnik Qəddafi hakimiyyətə gəldiyi zaman Konstitusiyanın ləğv edilməsi barədə əmr verib və Liviyada respublika rejimini, 1977-ci ildə isə hakimiyyətin xalqa keçməsini nəzərdə tutan Cəmahiriyyə rejimi barədə elan edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti