...

ABŞ Prezidenti İstanbulda keçiriləcək "Sivilizasiyalar alyansı" forumunda iştirak edəcək

Dünya xəbərləri Materials 10 Mart 2009 16:07 (UTC +04:00)

Türkiyə, Ankara, 10 mart / Trend , müxbir A.Ələskərov /

İkinci "Sivilizasiyalar alyansı" forumu aprelin ilk günlərində İstanbulda keçiriləcək.

Türkiyə və İspaniyanın keçirilməsi təşəbbüsü ilə çıxış etdikləri "Sivilizasiyalar alyansı" BMT səviyyəsində dəstək qazanıb. "Star" qəzetinin məlumatına görə, İstanbulda keçiriləcək bu tədbirdə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və onun ispaniyalı həmkarı Xose Luis Rodriqes Sapatero ilə yanaşı, apreldə Türkiyəyə səfər etməyi planlaşdıran ABŞ Prezidenti Barak Obama da iştirak edəcək.

Türkiyənin xarici işlər naziri Əli Babacan NTV televiziya kanalına əvvəllər verdiyi müsahibəsində bildirib ki, Amerika dövlət başçısının səfəri zamanı əsasən ikitərəfli münasibətlər diqqət mərkəzində olacaq.

Onun sözlərinə görə, Birləşmiş Ştatların yeni prezidentinin ilk xarici səfərini Türkiyəyə etməsi faktı "dünyaya ciddi siqnaldır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]   

Xəbər lenti

Xəbər lenti