...

Türkiyənin Qərb və Şərqə qarşı münasibəti şəffafdır – Baş nazir

Dünya xəbərləri Materials 4 Aprel 2009 12:37 (UTC +04:00)

"Qlobal siyasətdə Türkiyənin mövqeyi həmişə şəffaf və konkret olub və belə də olacaq", - Türkiyənin Baş naziri RəcəbTayyib Ərdoğan Al Jazeera telekanalına müsahibəsində bildirib.

"Türkiyə Qərb və Şərq ölkələri ilə münasibətləri arasında sərhəd qoymaq böyük səhv olardı. Heç kim deyə bilməz ki, Türkiyə Qərbin və ya Şərqin tərəfindədir", - deyə türkiyəli Baş nazir bildirib.

Ərdoğan əlavə edib ki, Ankaranın Balkanlar, Yaxın Şərq və Qafqaz regionu ilə strateji əlaqələri var və o, bütün sivilizasiyalar və dinlərlə əlaqələri dəstəkləyir.

Baş nazir vurğulayıb ki, Türkiyənin siyasətinə obyektiv baxılarsa, o zaman Ankaranın mövqeyi aydın olar.

Xəbər lenti

Xəbər lenti