...

İranda prezidentliyə namizədlər Musəvi və Əhmədinejad tərəfdarları arasında qalmaqal baş verib

Dünya xəbərləri Materials 19 May 2009 12:35 (UTC +04:00)

Mayın 18-də Azad İslam Universitetinin Tehran şöbəsində İslahatçılar düşərgəsindən olan namizəd Mir Hüseyn Musəvi və Mühafizəkarlar düşərgəsindən olan namizəd Mahmud Əhmədinejadın tərəfdarları arasında qalmaqal baş verib. Bu barədə İrna xəbər agentliyi məlumat yayıb.  

Məlumata əsasən, Musəvinin tələbə tərəfdarları Əhmədinejadın tələbə tərəfdarlarına hücum edərək qalmaqal yaradıblar. Hadisə zamanı Əhmədinejadı dəstəkləyən tələbələrdən bir neçəsi yaralanıb. Yaralananların vəziyyəti qənaətbəxşdir.

Xəbər lenti

Xəbər lenti