...

Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olması barədə vədlərinə əməl etməlidir – Baş nazir

Dünya xəbərləri Materials 9 İyun 2009 15:59 (UTC +04:00)
Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olması barədə vədlərinə əməl etməlidir – Baş nazir

Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olması barədə vədlərinə əməl etməlidir. Bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının iclasında bildirib, CNN telekanalı xəbər verrir.

"Aİ-yə daxil olmaq üçün Türkiyə bir çox islahatlar keçirib və bu istiqamətdə proqramını davam etdirir. Bizim Avropa Parlamentindən Türkiyəyə aid vədlərini yerinə yetirməyi tələb etmək haqqımız var", - deyə o bildirib.

Türkiyəli Baş nazirin sözlərinə əsasən, Xristian Demokratik Partiyasının Avropa Parlamentinə keçirilən seçkilərdə qələbəsi Avropa İttifaqının siyasətini dəyişməyəcək, Türkiyənin üzvlüyü barədə məsələ əvvəlki kimi açıq olaraq qalmaqdadır.

"Türkiyənin Aİ-yə daxil olması barədə məsələ arxa plana keçməyəcək. Türkiyə də dayanmayacaq və bu istiqamətdə işlərini davam etdirəcək", - deyə o bildirib.

Bazar günü keçirilən seçkilərdə Aİ-yə üzv ölkələrdə sağmərkəzçi partiya qələbə qazanıb.

Qabaqcadan bildirilmiş məlumatlara əsasən, mühafizəkar mərkəzçi Avropa Xalq Partiyası Avropa Parlamentinin yeni tərkibində mümkün 736 mandatdan 263-273-ünü qazanıb. İkinci yeri 155-165 yerə sahib olan sosialistlər əldə ediblər. Sosialistlər seçkilərdə məğlub olduqlarını qəbul edirlər. Sosialistlər və sosial demokratlar üçün "kədərli və çətin" gecənin bazar günü olduğunu fraksiyanın başçısı Martin Şults bildirib. Liberallar 78-84, "yaşıllar" - 52-56 yerə sahib olublar.

Qalan yerlər Avropanın əsas milli siyasi birliyinə daxil olmayan partiyalar arasında bölüşdürülüb. Onların böyük əksəriyyəti radikal və ultrasağ partiyalardır.

Xəbər lenti

Xəbər lenti