...

Türkiyə və İran sərhədyanı ticarət haqda müqavilə imzalayıblar

Dünya xəbərləri Materials 20 İyul 2009 14:32 (UTC +04:00)
"Türkiyə və İran şənbə günü ölkənin şərq vilayəti Vanda sərhədyanı ticarət haqda müqavilə imzalayıblar", - Türkiyənin The Journal of Turkish Weekly jurnalı xəbər verib.

"Türkiyə və İran şənbə günü ölkənin şərq vilayəti Vanda sərhədyanı ticarət haqda müqavilə imzalayıblar", - Türkiyənin The Journal of Turkish Weekly jurnalı xəbər verib.

Türkiyə Baş nazirinin xarici ticarət üzrə sabiq nümayəndəsi Şevket İlqaç deyib ki, Kapıköy sərhəd məntəqəsi protokola əsasən 2009-cu ilin noyabrından gec olmayaraq, malların daşınması üçün açılacaq.

İlqaç əlavə edib ki, protokol güzəştli ticarət sistemi üçün yol xəritəsidir.

Türkiyə və İranın 7 şirkəti arasında metal, sement və mebel ticarəti üzrə kommersiya müqaviləsi imzalanıb.

Xəbər lenti

Xəbər lenti