...

"Azərbaycan hava yolları" QSC "donuz qripi"nin proflaktikası üzrə öz işini davam etdirir – QSC nümayəndəsi

Dünya xəbərləri Materials 30 İyul 2009 16:21 (UTC +04:00)
"Donuz qripi" virusuna (A/H1N1) yoluxmuş Azərbaycan vətəndaşları ölkəyə "Azərbaycan hava yolları" QSC-nin (AZAL) təyyarələrində gəliblərsə, həmin təyyarələr dezinfeksiya ediləcək.
"Azərbaycan hava yolları" QSC "donuz qripi"nin proflaktikası üzrə öz işini davam etdirir – QSC nümayəndəsi

Azərbaycan, Bakı, 30 iyul / Trend , müxbir E.İsmayılov /

"Donuz qripi" virusuna (A/H1N1) yoluxmuş Azərbaycan vətəndaşları ölkəyə "Azərbaycan hava yolları" QSC-nin (AZAL) təyyarələrində gəliblərsə, həmin təyyarələr dezinfeksiya ediləcək. Bu barədə cümə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

"Əgər bu vətəndaşlar ölkəyə bizim təyyarələrimizdə gəliblərsə, heç şübhəsiz ki, bu təyyarələr xüsusi vasitələrlə dezinfeksiya ediləcək", - Səfərli deyib.

"Donuz qripi"nə yoluxmuş vətəndaşların ölkəyə gəldiyi təyyarələrin "AZAL"a məxsus olub olmadığını Səfərli deməyib.

Mətbuat xidməti rəhbərinin dediyi kimi, QSC-də A/H1N1 virusuna yoluxmanın müəyyənləşdirilməsi üçün xüsusi avadanlıq yoxdur. "Lakin AZAL çoxdan bəri havadakı və yerdəki personalı arasında lazımlı izahat işi aparır. Virusa yoluxma faktı aşkarlandığı təqdirdə ilk və təcili müalicə-proflaktik köməyin göstərilməsi üçün bütün gərəkli vasitələr hazırlanıb. QSC təyyarələrin, yüklərin, avtonəqliyyatların və yerüstü obyektlərin dezinfeksiyası məqsədilə lazımi qədər xüsusi dezinfeksiyaedici və yuyucu vasitələr alıb. Təyyarələrdə bütün gərəkli preparatlar, maskalar, xüsusi antiseptik salfetlər var, "dezinfeksiya üçün bütün lazımlı materiallar hazırdır", - Səfərli deyib.

Səhiyyə Nazirliyinin məlumatına əsasən, Azərbaycanda "donuz qripi"nə ilk yoluxma faktı Fransa (27 iyul ) və Böyük Britaniyadan (29 iyul) gələn Bakı və Gəncə sakinlərində aşkarlanıb.

Xəstələrin vəziyyəti qənaətbəxş qiymətləndirilir və onlar həkimlərin nəzarəti altında müalicə alırlar.

Xəstələrlə ünsiyyətdə olan şəxslər barəsində proflaktik tədbirlər görülür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti