...

Türkiyənin baş naziri ABŞ-a yollanacaq

Dünya xəbərləri Materials 19 Sentyabr 2009 17:07 (UTC +04:00)

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bazar ertəsi BMT  Baş Assambleyasının iclasında  və "Böyük İyirmilik" ölkələrinin görüşlərində iştirak etmək üçün Pitsburqa yollanacaq, Anadolu agentliyi məlumat verir.

192 ölkənin rəhbərlərinin və nümayəndələrinin iştirak edəcəyi BMT BA-nın 64-cü iclası 23-30 sentyabrda Nyu-Yorkda keçiriləcək.

BA-nın iclasında Türkiyəni Ərdoğan təmsil edəcək.

24 sentyabrda Ərdoğan Türkiyənin BMT problemlərinə baxışına həsr edilən nitq ilə çıxış edəcək, həmçinin ABŞ prezidenti Barak Obamanın sədrliyi ilə keçiriləcək nüvə silahlarının yayılmasının qarşısının alınması məsələsi üzrə BMT Təhlükəsizlik şurasının iclasında iştirak edəcək.

Ərdoğan, həmçinin Pitsburda keçiriləcək "Böyük İyirmilik" ölkələrinin işgüzar görüşündə iştirak edəcək.

Ərdoğan ABŞ-a səfəri zamanı BMT-nin baş katibi Pan Qi Munla, həmçinin 20-dən artıq ölkənin rəhbəri və nazirləri ilə görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti