...

İranın xarici işlər naziri Pakistana səfər edəcək

Dünya xəbərləri Materials 14 Yanvar 2010 11:26 (UTC +04:00)

İranın xarici işlər naziri Mənuçöhr Müttəki yanvarın 15-də axşam Pakistana səfər edəcək. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Müttəki yanvarın 16-da İslamabadda keçiriləcək İran, Əfqanıstan və Pakistanın XİN rəhbərlərinin Əfqanıstanla bağlı iclasında iştirak etmək üçün bu ölkəyə səfər edəcək. İclasda Əfqanıstandakı vəziyyət və regionda baş verən hadisələrlə bağlı müzakirələr aparılacaq.

İranın xarici işlər naziri Mənuçöhr Müttəki Liviyaya ikigünlük rəsmi səfərini başa vurduqdan sonra oradan Pakistana gedəcək.

Xəbər lenti

Xəbər lenti