...

Suriyada İranın sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

Dünya xəbərləri Materials 22 Yanvar 2010 15:01 (UTC +04:00)
Suriya paytaxtı Dəməşq şəhərinin yaxınlığında İranın sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb.
Suriyada İranın sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var

Suriya paytaxtı Dəməşq şəhərinin yaxınlığında İranın sərnişin avtobusu aşıb. Hadisə nəticəsində 4 nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə İran televiziyasının rəsmi xəbər saytı "IRIBNEWS" məlumat verib.

Məlumata əsasən, avtobus sərnişinləri Suriyaya ziyarət məqsədi ilə getmiş İranın Təbriz şəhərinin Şəhriyan qəsəbəsinin sakinləridir. Hadisə yerli vaxtla bu gün səhər 05:30-da baş verib. Avtobusda 45 sərnişin olub. Hadisəyə səbəb kimi sürücünün yuxulu vəziyyətdə idarəetməni itirdiyi və avtobusun yoldan çıxması göstərilib.

Hadisə nəticəsində yaralanmış sərnişinlər Basil, Qarə, Duma və Həms şəhər xəstəxanalarına çatdırılıblar. Yaralıların bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

İki ay öncə də Suriyada İranın sərnişin avtobusu qəzaya uğramışdı və hadisə nəticəsində üç nəfər həlak olmuşdu.

Xəbər lenti

Xəbər lenti