...

Rəcəb Tayyib Ərdoğan türk dünyasını Novruz bayramı münasibətilə təbrik edib

Dünya xəbərləri Materials 19 Mart 2010 16:55 (UTC +04:00)

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bütün türk dünyasını və həmvətənlərini Novruz bayramı münasibətilə təbrik edib.

Hakim Ədalət və İnkişaf Partiyasının iclasında Ərdoğan əminliklə bildirib ki, Türkiyədə bu Novruz ötən Novruz bayramlarından fərqlənəcək, çünki terrorçu qruplar bayram günlərindən öz məqsədləri üçün istifadə edə bilməyəcəklər. Məlumatı CNN Turk telekanalı yayıb.

Türkiyə hökumətinin rəhbəri türk xalqlarına birlik, qardaşlıq, həmrəylik, sülh və əminamanlıq arzulayıb.

Xəbər lenti

Xəbər lenti