...

BMT-nin Baş katibi dünya ictimaiyyətini soyqırımların qarşısını almağa çağırıb

Dünya xəbərləri Materials 7 Aprel 2010 11:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir K.Zərbalıyeva/

BMT-nin Baş katibi dünya ictimaiyyətini soyqırımların qarşısını almağa çağırıb.

BMT-nin Azərbaycan Nümayəndəliyindən çərşənbə günü Trend-ə daxil olan Baş katib Pan Gi Munun müraciətində bu barədə qeyd olunub.

Aprelin 7-də Ruandada baş vermiş Tutsi soyqırımının 16-cı ildönümü qeyd edilir. 1994-cü ildə 100 gün davam edən soyqırım nəticəsində 800 min Tutsi qəbiləsi mənsubları Hutu tayfası mənsubları tərəfindən amansızca qətlə yetirilib. Bu hadisə ilə əlaqədar Ruanda Üzrə Beynəlxalq Cinayət Tribunalı yaradılıb və soyqırım haqqında ilk beynəlxalq məhkəmə qərarı məhz bu xüsusi yaradılmış Beynəlxalq Tribunal tərəfindən verilib.

Baş katib müraciətində bildirir ki, BMT olaraq hər zaman soyqırım qurbanlarının taleyi ilə bağlı ədalətin bərqərar olunması və gələcəkdə bu tipli dəhşətli hadisələrin baş verməməsi üçün bütün gücümüzlə fəaliyyət göstəririk.

"Soyqırımla əlaqəli ilk beynəlxalq məhkəmə hökmləri məhz Ruanda üzrə Beynəlxalq Cinayət Tribunalı tərəfindən verilib. Üzv-dövlətləri qalan 11 qaçaq cinayətkarın da tapılıb məhkəməyə verilməsini təmin etmək üçün Beynəlxalq Cinayət Tribunalı ilə əməkdaşlıq etməyə dəvət edirəm", - müraciətdə vurğulanır.

Xəbər lenti

Xəbər lenti