...

İran üçün yeganə müzakirə predmeti "yanacaq mübadiləsi" məsələsidir - İranın XİN sözçüsü

Dünya xəbərləri Materials 20 Aprel 2010 13:05 (UTC +04:00)
İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İranın nüvə proqramı ilə bağlı müzakirə olunan yeganə məsələ Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi məsələsidir.
İran üçün yeganə müzakirə predmeti "yanacaq mübadiləsi" məsələsidir - İranın XİN sözçüsü

İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst bildirib ki, İranın nüvə proqramı ilə bağlı müzakirə olunan yeganə məsələ Tehran reaktoruna lazım olan yanacağın mübadiləsi məsələsidir. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

"Bizim yanacaq mübadiləsi məsələsində başqa nüvə proqramına dair heç bir müzakirə olunmamış məsələmiz yoxdur. İranın nüvə proqramının işi bağlanıb və biz öz işimizi davam etdiririk", - deyə Mehmanpərəst bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

O əlavə edib ki, BMT TŞ-nin 5 daimi üzvü və Almaniya (5+1 qrup ölkələri) məsələni müzakirə etməyə hazır olarsa, biz də danışıqlar üçün hazırıq və müzakirə mövzusu İranın təkliflər paketidir.

Qərb İranı nüvə silahı istehsaletmə niyyətində olmaqda ittiham edib. Rəsmi Tehran isə bunu rədd edir.

İndiyədək BMT TŞ nüvə proqramını dayandırmaq üçün İrana qarşı 5 qətnamə qəbul edib. Bu qətnamələrin 3-ü iqtisadi sanksiyalardır. Hazırda İrana qarşı altıncı qətnamənin təsdiqi üçün BMT TŞ-in daimi üzvləri müzakirə aparırlar.

Xəbər lenti

Xəbər lenti