...

İranın ali lideri əfv fərmanı imzalayıb

Dünya xəbərləri Materials 28 İyun 2010 17:03 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi İmam Əlinin mövludu günü münasibətilə həbsdə olan 708 nəfər siyasi, hərbi və mülki məhbus əfv olunması barədə fərman imzalayıb.
İranın ali lideri əfv fərmanı imzalayıb

İranın ali lideri ayətullah Əli Xamneyi İmam Əlinin mövludu günü münasibətilə həbsdə olan 708 nəfər siyasi, hərbi və mülki məhbus əfv olunması barədə fərman imzalayıb. Bu barədə İranın ali liderinin rəsmi xəbər saytı "leader.ir" məlumat yayıb.

İranın məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani İmam Əlinin mövludu günü münasibətilə ali liderə müraciət edib. Məktubda 708 məhbusun əfv edilməsi xahiş olunur. Ayətullah Xamneyi həmin məhbusların əfv olunması barədə fərmanı imzalayıb.

İyun ayının 26-da İmam Əlinin mövludu günü qeyd olunub.

Xəbər lenti

Xəbər lenti