...

Qərb özünü xilas etmək üçün İrana qarşı sanksiyalar tətbiq edir – Əhmədinejad

Dünya xəbərləri Materials 5 İyul 2010 20:39 (UTC +04:00)
Qərb ölkələrinin və ABŞ-ın İrana qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində səyləri düşdükləri çıxılmaz vəziyyətdən çıxmaq cəhdidir.
Qərb özünü xilas etmək üçün İrana qarşı sanksiyalar tətbiq edir – Əhmədinejad

Qərb ölkələrinin və ABŞ-ın İrana qarşı sanksiyaların tətbiq edilməsi istiqamətində səyləri düşdükləri çıxılmaz vəziyyətdən çıxmaq cəhdidir. Bunu İran Prezidenti Mahmud Əhmədinejad deyib. Məlumatı IRNA agentliyi yayıb.

O bildirib ki, lakin sanksiyalar İrana heç cür təsir etmir.

Əhmədinejadın dediyi kimi, İran milləti öz ölkəsinin ləyaqət və bənzərsizliyini hədələrdən səylə qoruyacaq.

Onun sözlərinə görə, Qərb ölkələri anlayırlar ki, iranlıların səylərini fəallaşdırmaları dünyada hegemon dövlətlərə yer qalmayacağı vəziyyətinə gətirib çıxaracaq.

Prezident bəyan edib ki, Qərb və ABŞ İranın nüvə uğurlarından İran mədəniyyətinin və sivilizasiyasının dünyaya artan təsiri ilə bağlı öz hiddətlərini gizlətmək üçün bəhanə kimi istifadə edirlər.

Xəbər lenti

Xəbər lenti