...

"Cundulla" qruplaşmasının girovların götürülməsinə aidiyyəti yoxdur

Dünya xəbərləri Materials 18 Sentyabr 2010 17:17 (UTC +04:00)
"Cundulla" qruplaşmasının altı nəfərin girov götürülməsinə aidiyyəti yoxdur, lakin güman edilir ki, adam oğruları bu insanları adı çəkilən təşkilata vermək istəyirlər. Bu barədə İran daxili işlər rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Əli Əbdüllahi deyib.
"Cundulla" qruplaşmasının girovların götürülməsinə aidiyyəti yoxdur

"Cundulla" qruplaşmasının altı nəfərin girov götürülməsinə aidiyyəti yoxdur, lakin güman edilir ki, adam oğruları bu insanları adı çəkilən təşkilata vermək istəyirlər. Bu barədə İran daxili işlər rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Əli Əbdüllahi deyib.

"Cundulla" qruplaşmasının rəsmi saytında da bu təşkilatın üzvləri tərəfindən girovların götürülməsi ilə bağlı məlumat təkzib edilir.

Sentyabrın 16-da İranın Sistan-Bəlucistan vilayətində Sarbaz şəhəri yaxınlığında "Cundulla"nın üzvləri avtobusu ələ keçiriblər və altı nəfəri girov götürüblər. Əldə olan məlumata görə, girovlardan beşi "Kenarak" HHQ qərargahının hərbçiləri, biri isə bank əməkdaşıdır.

Bəluc sünnilərinin təşkilatı olan "Cundulla" qruplaşması 2003-cü ildə yaradılıb və həm İranda, həm də qonşu Pakistanın Bəlucistan əyalətində fəaliyyət göstərir. İran hakimiyyəti "Cundulla"ı kütləvi qətllərdə, silahlı soyğunçuluqda, partlayış və təxribatlar törətməkdə ittiham edir. Tehranın iddialarına görə, qruplaşma ABŞ və Böyük Britaniyanın xüsusi xidmət orqanları ilə əlaqəlidir.

Xəbər lenti

Xəbər lenti