...

Əhmədinejad qlobal problemlərin həllinə birtərəfli yanaşan ölkələri tənqid edib

Dünya xəbərləri Materials 22 Sentyabr 2010 12:29 (UTC +04:00)
Qlobal problemlərin həllində bir sıra ölkələrin birtərəfli yanaşması qəbulolunmazdır, - İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə axşamı Nyu-Yorkda videokonfrans zamanı amerikalı tələbələr və müəllimlərə müraciətində bəyan edib. Məlumatı "Press-TV" yayıb.
Əhmədinejad qlobal problemlərin həllinə birtərəfli yanaşan ölkələri tənqid edib

Qlobal problemlərin həllində bir sıra ölkələrin birtərəfli yanaşması qəbulolunmazdır, - İran Prezidenti Mahmud Əhmədinejad çərşənbə axşamı Nyu-Yorkda videokonfrans zamanı amerikalı tələbələr və müəllimlərə müraciətində bəyan edib. Məlumatı "Press-TV" yayıb.

"Bir sıra ölkələr özlərini digər dövlətlərdən üstün hesab edərək və digər xalqların hüquqlarına məhəl qoymayaraq, özlərini dünyanın ağası sayırlar", - o deyib. - "Onlar müharibə elan edir və müxtəlif bəhanələrlə torpaqları işğal edirlər".

"Dünya artıq birtərəfli istiqamətdə idarə oluna bilməz. Seçilmiş ölkələrdən ibarət qrupu digərlərindən üstün hesab etmək və onları dünyanı idarə etməyə icazə vermək qəbulolunmazdır", - o əlavə edib.

Əhmədinejad bütün ölkələri qlobal məsələləri birgə həll etməyə çağıraraq bəyan edib ki, əməkdaşlıq müharibəni və ayrı-seçkilik faktlarını aradan qaldırmağa qadirdir.

Xəbər lenti

Xəbər lenti