...

İstanbulda terror aktının qarşısı alınıb

Dünya xəbərləri Materials 24 Dekabr 2010 13:56 (UTC +04:00)
İstanbulda terror aktının qarşısı alınıb
İstanbulda terror aktının qarşısı alınıb

Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhərində terror aktının qarşısı alınıb. Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verib.

İstanbul polisindən verilən məlumata görə, PKK terror təşkilatının üzvü şəhərin mərkəzindəki Taksim meydanında terror aktı həyata keçirməyi planlaşdırıb. Ələ keçirilən terrorçunun üzərində 23 kiloqram partlayıcı maddə aşkarlanıb. Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti