...

İran Parlamenti nəqliyyat nazirini vəzifəsindən azad edib (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 1 Fevral 2011 13:43 (UTC +04:00)
İran Parlamenti ölkənin yollar və nəqliyyat naziri Həmid Behbəhanini vəzifəsindən kənarlaşdırıb. Trend-in məlumatına görə, bu barədə İranın IRIB News televiziya kanalının rəsmi saytı xəbər verir.
İran Parlamenti nəqliyyat nazirini vəzifəsindən azad edib (ƏLAVƏ OLUNUB)

Birinci abzasdan sonra təfərrüatlar əlavə olunub (ilk xəbər saat 12:48-də dərc olunub)

İran Parlamenti ölkənin yollar və nəqliyyat naziri Həmid Behbəhanini vəzifəsindən kənarlaşdırıb. Trend-in məlumatına görə, bu barədə İranın IRIB News televiziya kanalının rəsmi saytı xəbər verir.

Nazirin vəzifəsindən kənarlaşdırılmasının lehinə 147, əleyhinə 78 nəfər səs verib, 9 nəfər bitərəf qalıb. Ümumilikdə səsvermədə Parlamentin 242 üzvündən 234-ü iştirak edib.

Çərşənbə axşamı Həmin Behbəhani öz fəaliyyətinə dair hesabatla İran Parlamentində çıxış etməli idi. Lakin o, iclasa gəlməyib. İran Parlamentinin spikeri Əli Laricani Behbəhaninin iclasa gəlməməsini "yolverilməz" adlandırıb.

O, Mahmud Əhmədinejadın prezidentliyinin ikinci dövründə qanunverici orqana hesabat vermək üçün çağırılan ilk nazirdir.

Nəqliyyat nazirinin hesabat verməsini tələb edən deputatlar öz narazılıqlarını Behbəhaninin vəzifə səlahiyyətlərinin öhdəsindən gəlməməsi və nazirliyi idarə edə bilməməsi, aviasiya nəqliyyatının vəziyyətinin ağır olması və çoxsaylı aviaqəzalarla əsaslandırıblar.

Nəqliyyat nazirinin fəaliyyətinə baxılmasına səbəb Tehrandan Urmiya şəhərinə uçan "Iran Air" şirkətinə məxsus "Boeing-727" təyyarəsinin qəzaya uğraması olub.

Qəza nəticəsində 77 nəfər həlak olmuş, 26 nəfər yaralanmışdı. 12 ekipaj üzvündən yeddisi həlak olmuş, beşi yaralanmışdı.

Nəqliyyat naziri vəzifəsinə Behbəhaninin namizədliyi parlamentə Əhmədinejadın ilk prezidentinlik müddətində təklif olunub.

Əhmədinejad ötən prezidentliyi dövründə Nazirlər Kabinetinin tərkibini yenidən formalaşdırmaq təhlükəsi ilə üzləşmişdi. Onun istefaya göndərdiyi və könüllü olaraq istefa verən nazirlərin sayı 8 nəfər olub. Bir nazir isə vəfat etdiyi üçün başqası ilə əvəzlənmişdi.

O dövrdə daxili işlər naziri Əli Kordanın hesabat vermək üçün Parlamentə dəvət olunması ciddi qalmaqala çevrilmişdi. Belə ki, DİN başçısı sənədlərin saxtalaşdırılmasında ittiham olunmuşdu. Onun fəxri diplomunun saxtalığı Parlament nümayəndələrinin etirazına gətirib çıxarmış və o, nazir vəzifəsindən uzaqlaşdırılmışdı.

Xəbər lenti

Xəbər lenti