...

Estoniya xüsusi təyinatlıları Müdafiə Nazirliyinin binasını nəzarətə götürüblər

Dünya xəbərləri Materials 11 Avqust 2011 20:15 (UTC +04:00)
Bu gün günün ikinci yarısında Estoniya Müdafiə Nazirliyinin binasına naməlum şəxs daxil olub və bir neçə dəfə silah səsi eşidilib. Hazırda binada Estoniya xüsusi təyinatlılarının döyüşçüləri var. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır
Estoniya xüsusi təyinatlıları Müdafiə Nazirliyinin binasını nəzarətə götürüblər

Azərbaycan, Bakı, 11 avqust /Trend/

Bu gün günün ikinci yarısında Estoniya Müdafiə Nazirliyinin binasına naməlum şəxs daxil olub və bir neçə dəfə silah səsi eşidilib. Hazırda binada Estoniya xüsusi təyinatlılarının döyüşçüləri var. Trend-in məlumatına görə, bu barədə RİA Novosti yazır.

Ondan çox xüsusi təyinatlı, eləcə də bir neçə təcili yardım əməkdaşı Müdafiə Nazirliyinin binasındadır.

Müdafiə Nazirliyində ilk atışma cümə axşamı günün ikinci yarısında baş verib. Şahidlərin sözlərinə görə, üç güclü atəş səsi eşidilib. Polislər binanı mühasirəyə alıblar.

Bir qədər əvvəl yerli KİV Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat verib ki, atəş açan keçmiş hərbi qulluqçu olub. Bildirilir ki, o, girov da götürüb, lakin sonra onu azad edib.

Ərazi polis tərəfindən nəzarətə götürülüb, nazirliyin işçiləri binadan təxliyyə ediliblər.

Xəbər lenti

Xəbər lenti