...

Türkiyə Prezidenti Rusiyaya yola düşüb

Dünya xəbərləri Materials 8 Sentyabr 2011 11:48 (UTC +04:00)
Türkiyə Prezidenti Abdulla Gül bu gün Rusiyaya yola düşüb. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Azərbaycan, Bakı, 8 sentyabr /Trend/

Türkiyə Prezidenti Abdulla Gül bu gün Rusiyaya yola düşüb. Trend-in məlumatına görə, bu barədə "Anadolu" agentliyi məlumat verib.

Səfər çərçivəsində Gül Yaroslavldakı Qlobal Siyasi Forumda iştirak edəcək.

Forumda habelə Rusiya Prezidenti Dmitri Medvedev, Almaniya kansleri Angela Merkel və Latviyanın eks-prezidenti Valdis Zatlers iştirak edəcək.

Gülün Medvedevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair vəziyyəti müzakirə edəcəyi də gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti