...

Yerevanda hərbi parad keçirilir

Dünya xəbərləri Materials 21 Sentyabr 2011 11:58 (UTC +04:00)
Ermənistanda Respublika Meydanında ölkənin müstəqilliyinin 20 illiyinə həsr olunmuş hərbi parad keçirilir. Trend-in məlumatına görə, bu barədə "Novosti Armeniya" xəbər verir.
Yerevanda hərbi parad keçirilir

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Ermənistanda Respublika Meydanında ölkənin müstəqilliyinin 20 illiyinə həsr olunmuş hərbi parad keçirilir. Trend-in məlumatına görə, bu barədə "Novosti Armeniya" xəbər verir. Paradı başda ölkə prezidenti olmaqla, ölkənin ali hərbi və siyasi rəhbərliyi müşahidə edir.

Bəzi məlumatlara görə, paradda 4 minə yaxın şəxs və 300 ədəddən artıq hərbi texnika iştirak edir.

Respublika Meydanından Ermənistan Silahlı Qüvvələrinin bütün qoşunlarının və Rusiyanın 102-ci hərbi bazasının hərbi qulluqçuları keçirlər.

Paradda hərbi ruhanilərin nümayəndələrinin iştirakı yenilik olacaq. Yubiley paradında hərbi keşişlər yeni bayraq altında keçəcəklər.

Xəbər lenti

Xəbər lenti