Azərbaycan, Bakı, 19 dekabr / Trend müxbir T.Cəfərov/
Bu gün səhər İranın Sistan və Bəluçistan əyalətinin Nüsrətabad şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İranın FARS agentliyi xəbər verir.
Tehran Universiteti Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz zəlzələnin yerli vaxtla saat 05:22-də baş verdiyini bildirib.
Zəlzələ nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.