...

Bu gün İranda İslam İnqilabının 33-cü ildönümü münasibəti ilə mitinqlər keçirilir

Dünya xəbərləri Materials 11 Fevral 2012 09:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 fevral / Trend müxbir T.Cəfərov/

İranının bütün şəhərlərində İslam İnqilabının 33-cü ildönümü münasibəti ilə mitinqlər keçirilir.Trend-in məlumatına görə, bu barədə IRNA xəbər agentliyi məlumat yayıb.

Məlumata əsasən, mitinqlər eyni vaxtda İranın 818 şəhər, qəsəbəsində və 4 min kəndində keçirilir.

Mitinqlər, eləcədə, paytaxt Tehranda geniş miqyasda keçirilir. Paytaxtın 10 xiyabanından mitinq iştirakçıları Azadlıq meydanına tərəf yürüş edirlər. Mitinqlərdə "İstiqlal, Azadlıq, İslam Respublikası", "Amerikaya ölüm", "İsrailə ölüm" kimi şüarlar səsləndirilir.

Paytaxtdakı mitinq sonunda qətnamə oxunacaq və İran Prezidenti Mahmud Əhmədinejad və Həmas" təşkilatının lideri İsmail Haniyə çıxış edəcəklər.

Hər il İran İslam inqilabının ildönümü ilə əlaqədar olaraq bəhmən ayının 12-dən 22-dək "Fəcr ongünlüyü" bayram tədbirləri keçirilir. Bu il "Fəcr ongünlüyü" fevralın 1-dən 11-dək qeyd olunacaq.

Xəbər lenti

Xəbər lenti