...

Tehran və BAEA İranın nüvə obyektlərinə giriş haqqında danışıqlara başlayıblar

Dünya xəbərləri Materials 8 İyun 2012 14:27 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və İran cümə günü dalana dirənən İranın nüvə tədqiqatlarının araşdırılmasını bərpa etmək üçün yeni çərçivə sazişini bağlamağa cəhd etmək məqsədilə danışıqların növbəti raunduna başlayıblar.
Tehran və BAEA İranın nüvə obyektlərinə giriş haqqında danışıqlara başlayıblar

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir E.Tariverdiyeva/

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və İran cümə günü dalana dirənən İranın nüvə tədqiqatlarının araşdırılmasını bərpa etmək üçün yeni çərçivə sazişini bağlamağa cəhd etmək məqsədilə danışıqların növbəti raunduna başlayıblar. Bu barədə Trend cümə günü "Reuters" agentliyinə istinadən məlumat verir.

İranın BAEA-dakı nümayəndəsi Əli Əsgər Sultaniyyə BAEA-nın Vyanada mənzil-qərargahında agentliyin yüksəkvəzifəli nümayəndələri ilə görüşünü şərh etməkdən imtina edib.

Xəbər lenti

Xəbər lenti