Gürcüstan, Tbilisi, 26 oktyabr /Trend, müxbir N.Kirsxaliya/
Gürcüstanın yeni xarici işlər naziri Mayya Pancikidze bu gün rəsmən səlahiyyətlərinin icrasına başlayıb. Xarici İşlər Nazirliyində (XİN) onu keçmiş XİN rəhbəri Qriqol Vaşadze qarşılayıb.
"Bu nazirliyə gələn və gedənlərin hamısı vaxtı ilə birlikdə işləyiblər. Hamımızın bir vətəni var və ölkəmizin maraqlarını müdafiə etmək əvvəlki kimi zəruridir. Buna görə də həll edilməli, yenidən baxılmalı və davam etdirilməli məsələləri kollegiya şəklində nəzərdən keçirdik", - Trend-in məlumatına görə, bu sözləri Qriqol Vaşadze jurnalistlərə deyib.
Onun sözlərinə görə, prioritetlərin əvvəlki kimi qalmasına görə şaddır.
"Prioritetlər Avropa İttifaqı, NATO və qonşu ölkələrlə yaxşı münasibətlərdir", - Vaşadze qeyd edib.